“Ekoklub” üzvlərinin Həsənbəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiyası

13 mart 2018-ci il tarixdə Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə yaradılmış “Ekoklub” un üzvlərinin Həsənbəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiyası təşkil olunub.  AMEA Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən muzey 1930-cu ildə yaradılmış, 1944-cü ildən etibarən Həsənbəy Zərdabinin adını daşıyır. “Ekoklub” üzvləri muzeyin paleontologiya, geologiya və zoologiya şöbələrinin eksponatları ilə tanış olublar. Şagirdlərə geologiya şöbəsində Azərbaycanın geoloji və tektonik quruluşu barədə məlumatlarla, filiz yataqlarından əldə olunmuş minerallar və süxurlar haqqında məlumat verilib. Zoologiya şöbəsində məktəblilər müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların skeletləri, müqəvvaları, heyvanizləri, xüsusi məhlullarda saxlanılan nümunələrlə tanış olublar. Paleontologiya bölməsində yerləşən nadir eksponatlar - Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların qalıqları, xüsusilə Binəqədi gərgədanının skeleti, Mingəçevirdə aşkar edilmiş cənub filinin yuxarı çənəsi 6-7-ci sinif şagidlərinin böyük marağına səbəb olub. Dördüncü dövrə aid olan Binəqədi, Pirəkəşkül, Mingəçevir kolleksiyaları,muzeyin qızıl fonduna daxil olan "Qırmızı kitab"da adları qeyd olunan 20 heyvanın müqəvvası, suda-quruda yaşayanlar, sürünənlər, balıqlar, quşlar, məməlilərin müxtəlif növləri ilə tanışlıq təbiətin zənginliyi, bioloji müxtəlifliyə aid ekoloji biliklərin artırılmasına imkan yaradıb.“Ekoklub” üzvləri ekskursiyadan böyük təəssüratlarla və rəngarəng fotoşəkillərlə məktəbə qayıdıblar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi