Şagirdlərimiz "İçərişəhər" turunda iştirak etdilər
Martın 9-da şagirdlərimiz Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş "İçərişəhər" turunda iştirak etdilər. 7-ci sinif şagirdləri sinif rəhbərləri və valideynləri ilə birlikdə Təhsil Nazirliyinin göndərdiyi avtobuslara minərək, YUNESKO-nun Dünya İrs abidələrindən biri olan İçərişəhərə yollandılar. Tur boyunca onlara Miniatür Kitab Muzeyi, xalçaçılıq muzeyi, məscidlər, karvansaralar, köhnə ticarət meydanları və qədim hamamların tarixi barədə geniş məlumat verildi. Şagirdlər qədim qala divarlarının sirli dünyası ilə tanış oldular, Şirvanşahlar Sarayına daxil olaraq, qədim islam sivilizasiyasının ruhunu hiss etdilər. Sonda onlar Qız qalasına qalxaraq, qədimliyi və müasirliyi özündə birləşdirən doğma Bakımızın panoramını seyr etdilər.