Abdulla Şaiqin “Köç” hekayəsi müzakirə olundu
Bu gün məktəbimizin 4b sinif şagirdləri Abdulla Şaiqin “Köç” hekayəsini müzakirə etdilər. Qeyd edək ki, tədbir öncəsi, fevralın 24-də şagirdlər görkəmli yazıçı, maarifçi pedaqoq Abdulla Şaiqin doğum günündə onun ev-muzeyinə ekskursiyaya getmiş, oradakı eksponatlarla tanış olmuş, sevimli ədibin əziz xatirəsini yad etmişlər. Daha sonra onlar Abdulla Şaiqin həyat və yaradıcılığı ilə tanış olmuş, onun seçilmiş əsərlərindən ibarət kitabını mütaliə etmişlər. Bu gün mütaliə vərdişlərinin formalaşdırılması çərçivəsində kitabdan seçilmiş “Köç” hekayəsi müzakirəyə çıxarıldı. Şagirdlər “Köç” hekayəsi haqqında fikirlərini bildirdilər, təəssüratlarını bölüşdülər. Onlar əsərdəki qəhrəmanları, əsərin dilini, ideyasını təhlil etdilər, qoyulan suallara cavab verdilər. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər və məktəbdəki təcrübəçilər də iştirak etdilər.