“Mülki Müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda dəyirmi masa keçirildi
Bu gün məktəbimizdə Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki Müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda dəyirmi masa keçirildi. Bu gün haqqında məktəbimizin hərbi rəhbəri, ehtiyatda olan kapitan Telman Məmmədov məlumat verərək, əhalinin mühafizəsini, fövqaladə hallar zamanı əhalinin hazırlığını təmin etmək üçün mülki müdafiə orqanlarının iş prinsipindən danışdı. O, “Beynəxalq Mülki Müdafiə Təşkilatı”nın yaradılması, “Qırmızı Xaç” cəmiyyətinin fəaliyyəti, 1 Mart “Mülki Müdafiə Günü”nün təsis edilməsi, 16 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə məlumat verdi. Daha sonra o, təbii və texnogen qəzalar, əhalinin təxliyəsi, tikinti təhlükəsizliyinin həyata keçirilməsi zamanı Mülki Müdafiə qüvvələrinin gördüyü işlərdən danışdı, şagirdləri Fövqəladə Hallar Nazirliyinin qoşun növləri, xüsusi təyinatlı avadanlıqlarla tanış etdi. Sonda şagirdlərə Fövqəladə Hallar Nazirliyinin çoxmiqyaslı işi barədə videofilm nümayiş etdirildi.