Qanadılmış yollar

Məktəbimizdə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir. Belə ki, məktəbimizdə faciənin dəhşətlərini özündə əks etdirən “Qanadılmış yollar” adlı rəsm sərgisi təşkil edilmişdi. Şagirdlər Xocalı soyqırımının ağlasığmaz qəddarlığını, dinc insanlara qarşı törədilmiş vəhşiliyi kağız üzərində təsvir etmişdilər. Bu rəsm əsərlərində şagirdlər həmin günün dəhşətlərini, öz düşüncələrini, ürək ağrılarını təsirli şəkildə göstərməyə çalışmışdılar. Eyni zamanda həmin ərazilərdə dinc əhaliyə o cümlədən, uşaqlara, qadınlara, yaşlılara qarşı ağlasığmaz vəhşilikləri özündə əks etdirən kitablar və əyani vəsaitlər də sərgiyə təqdim olunmuşdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi