Nümunəvi dərslər keçirildi
Fevralın 23-də məktəbimizdə "Təhsildə keyfiyyət ili" çərçivəsində nümunəvi dərslər keçirildi. Dərslər Azərbaycan dili, rus dili, ədəbiyyat, ingilis dili, tarix, təsviri incəsənət fənləri üzrə təşkil edilmişdi. Tədbirdə 31,150, 153, 173, 60 nömrəli məktəblərin müəllimləri, Təlimə Dəstək Mərkəzinin mütəxəssisləri, "Kurikulum" Mərkəzinin nümayəndələri iştirak edirdi. Müəllimlər müzakirə-dərslər, qabaqlayıcı tapşırıqlı dərslər, debat əsasında dərslər hazırlamışdılar. Dərslər zamanı rollu oyunlardan, rəsm müsabiqəsindən, təqdimatlardan istifadə olundu. Sonradan dərslərin müzakirəsi keçirildi. Müzakirə zamanı dərslərin proqram materiallarına uyğunluğu, kurikulum tələblərinə uyğun hazırlanması, şagirdlərin fəallığı, müəllimlərin peşəkarlığı müzakirə olundu.Sonda müəllimlərə tövsiyə və təlimatlar verildi.