Sözün sehri
Bu gün məktəbimizdə Beynəlxalq Ana Dili Günü münasibətilə 8a sinfində“ Sözün sehri” mövzusunda yaradıcı təqdimatlar dinlənildi. “Söz və cəmiyyət”, “Söz və həyat” mövzusunda müzakirələr aparıldı. "Söz" ,"Kəlam", "Cəmiyyət", "Həyat" qruplarına bölünən şagirdlər rollu oyunlar, jestlər, mimikalar vasitəsilə öz fikirlərini digər qruplara izah etməyə çalışdılar. Şagirdlərin mövzuya fərqli yanaşmaları, orijinal fikirləri hamının böyük marağına səbəb oldu. Şagirdlər gündəlik həyatdan faktlar və nümunələr gətirərək fikirlərini əsaslandırmağa çalışdılar. Sonra şagirdlərə yönəldilən spontan tapşırıqlar maraqlı və gözlənilməz olduğundan tədbirə xüsusi rəng qatdı.