Dilimiz əcnəbilərin gözü ilə

Bu gün 7c sinfində  Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimiz əcnəbi dillər arasında” adlı tədbir keçirildi.  Yeddi ölkəyə ezam olunan “jurnalistlər” digər xalqların dilimizə olan münasibətini öyrənmək məqsədilə kiçik sorğu keçirdilər, ərəb, alman, fransız, rus, türk, ingilis dillərində əcnəbilərin gözü ilə jurnalistlərə müsahibə verdilər. Şagirdlərimiz  rollu oyunlar vasitəsilə dilimizin rəvanlığını, aydınlığını, zənginliyini  maraqlı şəkildə nümayiş etdirdilər. Sonda şagirdlər dilimizin dünyanın ən zəngin dillərindən biri olduğunu vurğulayaraq, öz yaşıdlarını bu dili göz bəbəyi kimi  qorumağa  çağırdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi