"Qanunvericiliyimizin təməl daşı"adlı toplantı keçirildi

Məktəbimizdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunmuş "Qanunvericiliyimizin təməl daşı"adlı toplantı keçirildi. Əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında ötən əsrin 90-cı illərində dövlət təsisatlarının yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə qarşıda dururdu. 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən konstitusiyamız köhnə sovet qanunlarını müasir dəyərlərə çevirdi.Toplantı gənclərimizdə milli- mənəvi dəyərlərimizə hörmətlə yanaşmaq və daim onları uca tutmaq vərdişlərini formalaşdırmağa xidmət edirdi. Tədbirdə tarix müəllimlərinin çıxışı və şagirdlərin məruzələri dinlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi