Məktəbimizdə "Tarix aylığı" keçirildi
Məktəbimizdə noyabr ayı “Tarix aylığı” elan edildi. Aylıq çərçivəsində bir sıra maraqlı tədbirlər həyata keçirildi. Şagirdlər tərəfindən tarixlə bağlı divar qəzetlərinin hazırlanması,rəsm sərgisinin təşkili, tarixi yerlərə ekskursiyalar, fəal təlim metodları ilə açıq dərslərin keçirilməsi, duet və ustad dərslər hamının böyük marağına səbəb oldu. Məktəbimizin tarix müəllimi Bəsti Ağayevanın keçirtdiyi “40 il kölə kimi yaşamaqdansa ” adlı duet dərsdə akademik Vahid Xəlilov, müəllimlər, valideynlər iştirak edirdi. Aylıq ərzində şagirdlər Azərbaycan tarixi fənnindən məqbullar verdilər.