Yaxşılıq etməyə tələsin!

Bu gün məktəbimizdə ənənəvi olaraq “Ümumdünya Yaxşılıq Günü”nə həsr olunmuş xeyriyyə aksiyası keçirildi. Qeyd edək ki, artıq 3-cü ildir ki, məktəbimizdə belə bir aksiya keçirilir. Yığılan vəsait köməyə, müalicəyə ehtiyacı olan insanlara yönəldilir. Əvvəlki illərdə yığılan vəsait hesabına 3 nəfər uşağın müalicəsi ödənilmiş və onlar sağalaraq aktiv həyata qayıtmışlar. Bu il də məktəbimizin yeməkxanasında satış yarmarkası təşkil olunmuşdu. Şagirdlər valideynləri və sinif rəhbərləri  ilə birlikdə əvvəlcədən hazırladıqları yeməkləri, şirniyyatları, əl işlərini satışa çıxartmışdılar. Onlar hazırladıqları əl işlərini, məhsulları həvəslə sataraq, əldə etdikləri vəsaiti yardım fonduna keçirirdilər. Məktəbimizdə təcrübə keçən universitet tələbələri də aksiyada iştirak edirdilər.Məktəbimizin kollektivi, valideynlərimiz  aksiyada fəal iştirak etdilər.

Gəlin yaxşılıq edək ki, etdiyimiz yaxşılıqlar qarşımıza çıxsın!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi