“Heykəlləşən ömürlər”
Yanvarın 19-da Mikayıl Müşfiq adına 18 №-li tam orta məktəbdə 20 yanvar şəhidlərinin anım mərasimi keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Səməd İslamov, RİH-nin müavini T.Muradova, şəhid ailələri fondunun sədri, YAP-ın Yasamal rayon üzrə sədri T.Əhmədov və şəhid ailələrinin bir çox nümayəndələri iştirak edirdi. Tədbiri açıq elan edən R.Süleymanova faciə haqqında dolğun məlumat verdikdən sonra sözü Yasamal RİH-nin başçısını əvəz edən S.İslamova verdi. O da öz növbəsində həmin gün haqqında xatirələrini bölüşdü. Bir çox çıxışlardan sonra şagirdlərin ifasında kompazisiya göstərildi. “Heykəlləşən ömürlər”, “İşıq saçan ruhlar” və “Şəhid məzunlarımız” başlığı altında səslənən bu kompazisiyalar salondakıları heyrətə gətirdi və zəfər gününün yaxında olduğunu bir daha sübüt etdi! Allah bütün vətən yolunda şəhid olanlarımıza rəhmət etsin!