Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən bir kainatsan” adlı dəyirmi masa keçirildi
Dekabrın 12-də M.Müşfiq adına 18 № li məktəbdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən bir kainatsan” adlı dəyirmi masa keçirildi. Dəyimi masa Ulu Öndərin əbədi xatirəsini bir dəqiqəlik sükut etməklə başladı. Tədbiri açıq elan edən məktəb direktoru R.Süleymanova Azərbaycan Respublikasının qorunması və möhkəmləndirilməsində fenomenal şəxsiyyət Heydər Əliyevin əvəz olunmaz xidmətlərindən söz açdı. Sonra məktəbin tarix müəllimləri Nailə Müsayeva və Sevda Cəfərova çıxış etdilər. Onlar, Ulu Öndərimizin nüfüzu, onun xalq və ölkə qarşısında əvəzsiz xidmətlərindən, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyətindən, iti düşüncəsindən, rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlarından söhbət açdılar. Dəyirmi masa şagirdlərin çıxışları ilə davam etdirildi. Sonda videoçarx nümayiş olundu.