“Bayrağa sədaqət andı”
Noyabrın 23-də məktəbimizdə “İnnovativ təşəbbüslər” İctimai Birliyi, Qafqaz tarix mərkəzinin və 18 nömrəli məktəbin birgə layihəsi həyata keçirildi. “Dövlət atributları dövlətin varlığının əsas göstəricilərindən biridir” adlı şüar hər zaman dövlətin və məktəbimizin prioritet olduğundan bu layihədə yaxindan iştirak etməyi özümüzə vətəndaşlıq borcu bildik.Tədbirdə “Şəhid ailələrinə sosial dəstək” İB-nin sədri Almaz Zeynalova, Qazilər.az saytının baş direktoru Rey Kərimov, “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək” İB-nin ehtiyatda olan zabiti, Qarabağ əlili Vüsal Nəzərov və Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin dövlət müşaviri Zümrüd Səmədova iştirak edirdi. Tədbir şagirdlərin hazırladığı bədii kompazisiya ilə başladı. Qonaqlarda öz növbəsində çıxış edərək gənc nəslə dövlət atributlarından onların qorunmasından layihənin mühümlüyündən söhbət açdılar. Hər zaman başımızın üstündə dalğalanan bu bayraq uğrunda canlarından keçən şəhidlərimizdən də söhbət açan ehtiyatda olan zabit Vüsal Nəzərov şagirdlərə vətənə layiqli övlad olmağı və bayrağımızı uca tutmağı tövsiyə etdi. Sonra bayraq təntənəli şəkildə zala gətirilərək məktəbin hərb müəllimi Telman Məmmədova təqdim olundu.Tədbirin sonunda məktəbin ibtidai sinif şagirdləri “Bayrağa sədaqət andı” içərək həmişə mübariz olacaqlarına söz verdilər. Sonda məktəb direktoru R.Süleymanova tədbirin keçirilməsinə görə İB-nin sədri Əşrəf Əhmədova oz təşəkkürünü bildirərək, bu kimi silsilə tədbirlərin gənc nəslin inkişafındavətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasında vacibliyini qeyd etdi.