Höte-İnstitutun əməkdaşlarının iştirakı ilə seminar keçirildi
Noyabrın 26-27-si Almaniyanın Höte-İnstitutunun tərəfdaşı olan Mikayıl Müşfiq adına 18№ li məktəbdə Höte-İnstitutu tərəfindən “Geschichte schreiben”, yəni “Hekayələr yazmaq” mövzusunda 24 şagirdin və Höte-İnstitutun 3 əməkdaşının iştirakı ilə növbəti seminar keçirildi. Bu seminarda uşaqlara hekayə yazmaq üsulları başa salındı və şagirdlər tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdilər. Bu hekayələrdə şagirdlər doğma ölkələrinin görməli yerlərini, tarixi abidələrini başqa ölkələrdən olan şagirdlərə təqdim edirdilər. Qısa zamanda bu hekayələr Höte-İnstitutu tərəfindən çap olunacaq kitabda işıq üzü görəcək. Şagirdlərimiz çox böyük zövqlə və həvəslə bu seminarda iştirak etdilər. 18№ li məktəbin müdiriyyəti, alman dili müəllimləri və şagirdlər Almaniyanın Höte-İnstitutuna bir daha öz dərin minnətdarlığını bildirdilər.