“Amerika xalqlarının mədəniyyəti”

Saytımızın əziz və hörmətli izləyiciləri nəzərinizə çatdırmaq istəyirik ki, fəaliyyət planımıza əsasən noyabr ayında məktəbdə tarix aylığına start verilmişdi. Tarix aylığı çərçivəsində dərs dinləmələrlə, təqdimatlarla yanaşı 5-ci siniflərdə qabaqlayıcı dərslərdə yer almışdı. Bu gün isə həmin dərslərdən biri 5 ”B” sinifində keçirildi. Tarix müəllimi Ülkər Qulammirzəyevanın şagirdlərlə birlikdə hazırladığı dərs “Amerika xalqlarının mədəniyyəti” mövzusuna aid idi. Dərs çox maraqlı, rəngarəng olmaqla yanaşı elmliyi özündə əks etdirdi. Şagirdlər müxtəlif coğrafi kəşflər, səyyahlar haqqında məlumat verərək bizi o dövrlərə xəyalən səyahət etdirdilər. Mövzuya aid maraqlı slaydlar, süjetlər, plakatlar da hazırlanmışdı. Şagirdlər inkişaf etmiş Amerika xalqları-mayalılar, inklər, asteklər və onların tarixi keçmişi haqqında ətraflı söhbət açdılar. Ən maraqlı cəhət isə şagirdlərin həmin xalqların özünəməxsus geyimlərində çıxış etmələri oldu. Bir sözlə 5 “B" sinifi dərsin öhdəsindən məharətlə gəldi.