Fiziki-kimya duet dərs

Məktəbimizdə fizika-kimya aylığı çərçivəsində böyük bir layihə həyata keçirildi. Beləki məktəbin kimya müəllimi Qayayeva Gültəkin və fizika müəllimi Əzizov Rauf birlikdə “Yanacağın yanma istiliyi” mövzusunda duet dərs keçirdilər. Duet dərsin məqsədi mövzuların fənlərarası interaktiv şəkildə keçirilməsinə yönəlmişdi. Birlikdə müşayiət olunan dərsdə şagirdlər  kimyadan yanacaqların növləri xüsusi yanma istiliyinin yanacağın növündən asılı olmasını yanacağın iqtisadi və ekoloji cəhətdən sərfəli olduğu haqda məlumatlı olduğundan yeni dərsdə həmin anlayışlardan istifadə etməklə yanacağın yanma istiliyini hesablamaği öyrəndilər. Hər iki peşəkar müəllimin ərsəyə gətirdiyi bu dərs maraqlı və elmi biliklərlə zəngin idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi