“Misir ehramlarının tikilməsində istifadə olunan sadə mexanizmlər” mövzusunda elmi araşdırmalar

Müasir dünyamızın  elmi-texniki  inkişafına baxmayaraq qədim sivilizasiyanın bizə qoyduğu  Misir ehramlarının sirli məqamları bu gün də araşdırılmaqdadır. Elə bu baxımdan şagirdlərimiz fizika kimya aylığı çərçivəsində “Misir ehramlarının tikilməsində istifadə olunan sadə mexanizmlər” mövzusunda elmi araşdırmalara başladılar. Onlar minlərlə il əvvəl inşa edilmiş piramidalarda istifadə edilən materiallardan, inşa zamanı baş verən sirli məqamlardan, hörgü sistemindən, istifadə olunan sadə mexanizmlərin tətbiqindən  müxtəlif formatlı video çarxlar hazırladılar. Bir-birindən zəngin  materiallarla, informasiya ilə bol olan təqdimatlar münsiflər tərəfindən böyük rəğbətlə qarşılandı. Hər bir təqdimat maraqlı idi. Sonda münsiflərin birgə qərarı ilə 9ç sinifi araşdırmanın qalibi oldu. Onlar tərəfindən hazirlanmış Misir ehramlarının tikilməsində istifadə olunan sadə mexanizmlərin maketi məktəbin fizika kabinetinə bağışlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi