“Kimya məişətdə”

Məktəbimizdə kimya-fizika aylığı çərçivəsində “Kimya məişətdə” mövzusunda 8-ci siniflər tərəfindən hazırlanmış təqdimatlara  baxış keçirildi. Onlar müasir dövrdə məişətdə kimyanın hansı üsüllarla istifadəsi qaydalarını nümayiş etdirdilər. Gigiyena qaydaları, təhlükəsizlik qaydaları, ekoloji təfəkkür, büdcəyə qənaət kimi punktlardan və müxtəlif mənbələrdən istifadə etməklə şagirdlər məişətdə işlədilən kimyəvi maddələrin və məişət əşyalarının hazırlandığı maddələrin araşdırmasını apardılar. Şagirdlər məişətdə istifadə olunan yanan maddələrin saxlanma qaydalarindan, dərman preparatlarının istifadəsindən, təbiətin çirklənməsinin törətdiyi fəsadlara aid maraqlı informasiyalarla zəngin təqdimat nümayiş etdirdilər.

 Sonda qalib gələn 8ç sinifinin hazırladığı maraqlı bir təqdimat oldu. Müsabiqənin məqsədi kimya elminin hər bir insan üçün lazım olduğunu şagirdlərə aşılamaq idi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi