“Dünyanın Lütfi-Zadə məntiqli çalarları”

Kimya-fizika aylığı çərçivəsində məktəbimizin 10-cu sinif şagirdləri “Dünyanın Lütfi-Zadə məntiqli çalarları” mövzusunda dəyirmi masa keçirdilər. İdeyaları ilə dünya elmini zənginləşdirən, ixtiraları, nəzəriyyələri, axtarışları və yenilikləri ilə hamını heyrətə gətirən böyük alim, görkəmli şəxsiyyət Lütfi-Zadənin dünya elminə gətirdiyi nailiyyətlər şagirdlərimizin də marağına səbəb olmuşdu. Onlar bu nəhəng alimin nəzəriyyələri ətrafında diskusiyaya başladılar. Şagirdlər Lütfi-Zadə tərəfindən tamamilə yeni, çox qiymətli qeyri-səlis məntiq nəzəriyyəsi haqqında müzakirələrdə maraqla iştirak etdilər. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir? sualına  müxtəlif prizmalardan yanaşaraq izah etməyə çalışdılar. Məktəbin fizika müəllimi Rauf Əzizli şagirdlərə məntiqi məsələlər verərək, onları araşdırmağı tapşırdı. Rauf Əzizli sonda şagirdlərə məsələləri müxtəlif yollarla açıqlamağa başladı. 10-cu sinif şagirdi Cavid Tişkiyeviç isə  qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyətini sadə açıqlamalarla izah etməyə çalışdı. Dəyirmi masa bu böyük azərbaycanlı alimin dünya elminə və onun inkişafına verdiyi misilsiz kəşfləri haqqında söhbətlər və müqayisələrlə davam etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi