“Ey günəş, mənimtək alqışla onu!” adlı şeir müsabiqəsi keçirildi

Bu gün məktəbimizdə “Dövlət Bayrağı Günü” nə həsr olunmuş “Ey günəş, mənimtək alqışla onu!” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə məktəbin 4-cü sinif şagirdləri iştirak edirdilər. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə bədii qiraətə olan marağın artırılması və dövlət rəmzlərinə sevginin aşılanması idi. Şagirdlər dahi şair və mütəfəkkirlərimizin şeirlərindən ifadəli oxuyaraq öz bacarıqlarını nümayiş etdirdilər. Sonda münsiflərin rəyinə görə şagirdlər I,II,III yerlərə layiq görüldülər. Diplomlarla təltif olundular. Saytımızın bütün izləyicilərini bu gözəl “Dövlət Bayraq Günü” münasibətilə təbrik edirik! Bayrağımız hər zaman ucalarda dalğalansın!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi