Şəfəqlər diyarı Azərbaycan!

Bu gün məktəbimizdə Milli Müstəqillik gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbiri açıq elan edən məktəb direktoru Rəna Süleymanova bu gün münasibəti ilə tədbir iştirakçılarını və o cümlədən bütün məktəb kollektivini ürəkdən təbrik etdi. O, Azərbaycan xalqının 71 illik əsarət altında amansızcasına istismar olunduğunu qeyd edərək, xalqın dövlət müstəqilliyi uğrunda mübarizəsini, məhz bugünkü firavan həyatın təməl daşı olduğunu vurğuladı. O, dahi siyasətçi Heydər Əliyevin ölkə müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin dünya miqyasında tanınmasında müstəsna xidmətlərini də qeyd etdi. Direktor onuda vurğuladı ki, nə qədər ki vətənimizdə, məktəbimizdə öz çıxışları, təhsildə göstərdikləri uğurları ilə yaddaşlarda iz qoyan igid, cəsur oğul və qızlar var, Azərbaycan daim yaşayacaq var olacaqdır. Sonra şagirdlər öz çıxışları, maraqlı fikirləri ilə tədbirə rəng qatdılar. Məktəbimizin tarix müəllimləridə tariximizin ən mühüm bu günü haqqında məlumatlar verərək şagirdlərlə həmsöhbət oldular. Sonra uşaqlar özünün müstəqilliyini elan etdikdən sonra ilk olaraq ölkəmizin müstəqilliyini taniyan dövlətlər haqqında danışdılar. Sonda video çarx nümayiş etdirildi. Bir sözlə bu bayram günündə deyilən xoş sözlərin, fikirlərin, soylənilən şeirlərin tək bir ünvanı vardır: Şəfəqlər diyarı müstəqil Azərbaycan!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi