Azərbaycan tarixində Alman izləri

Oktaybrın 13-də məktəbimizdə Bilik fondunun xətti ilə təşkil olunan maraqlı bir seminar keçirildi. Seminar Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixində Cənubi Qafqaz regionunda Alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzalanan sərəncamına həsr olunmuşdu. “Azərbaycan tarixində Alman izləri” adlı seminarın aparıcısı Pərvanə Məmmədova ölkəmizin çox əsrlik ənənələrə malik tolerantlıq məkanı kimi təbliğində xüsusi yerini vurğuladı. XIX əsrin əvvəllərində Avropadan Vürtemberk krallığından köç edərək Azərbaycanda məskunlaşan Alman icmalarının tarixdəki izləri şagirdləri çox maraqlandırdı. Mühazirəçi ilk Alman kaloniyasının Helenendorfun (indiki Göygöl) salınmasından, sonra ki dövrlərdə Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonları ərazisində salınan Annenfelt Qeorqsfelt, Qrünfelt, Eyqenfelt, Traubenfelt kaloniyalarından da danışdı. Sənayə və təsərrüfatda yaxşı mütəxəsis olan Almanların münbit torpaqlarda yeni həyata başlamalarından söhbət açdı. Iki xalq arasında mədəni və tarixi dostluğu əks etdirən bu faktlar Alman icmasının tariximizdə qoyduğu bu izlər haqqındaki mühazirə şagirdlərin marağına səbəb oldu və onlar çoxlu sayıda suallarla müraciət edərək Alman kaloniyalarının sonraki tarixi dönəmlərdə hansı hadisələrlə üzləşdiyi haqqında maraqlandılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi