“Cocuk Mərcanlı-tarixi qayıdışının başlanğıcı”

Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi sərəncama əsasən 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuk Mərcanlı-tarixi qayıdışının başlanğıcı” mövzusuna həsr olunmalı idi. Mikayıl Müşfiq adına 18 №-li məktəbdə də ilk dərslər məhz bu tarixi hadisənin şagirdlərə aşılanması ilə başladı. Bütün siniflərdə nümayiş etdirilən qısametrajlı filmdə Cəbrayıl rayonun Cocuk Mərcanlı kəndinin bərpası və buraya köçürülən əhalinin məskunlaşması ilə bağlı kadrlar yer almışdı. Rəşadətli Azərbaycan ordusunun aprel döyüşlərində göstərdiyi qəhramanlıqlar və əbədi tarixi hadisəyə çevrilən Cocuk Mərcanlı kəndinə qayıdışın, məktəblilərə ilk dərs günündə tərənnüm olunması onların yaddaşında əbədi həkk olunacaqdır. Müəllimlər Cocuk Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verərək şagirdlərdə dahada fərəh hissi yaratdılar. Yeni tədris ilinin məhz bu qələbə ilə başlaması bütün məktəb kollektivində ruh yüksəkliyi yaradaraq yaxın zamanlarda “Böyük Qələbə”nin təməlinə inam yaratdı. Yeni dərs ilində uğurlara və qələbələrə doğru!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi