"BİZ MÜSTƏQİLLİYİ ƏBƏDİLƏŞDİRƏNLƏRİK" adlı konfrans keçirildi
Yasamal rayonu Mikayıl Müşfiq adına 18№ li məktəbdə oktyabrın 16-da "BİZ MÜSTƏQİLLİYİ ƏBƏDİLƏŞDİRƏNLƏRİK" adlı konfrans keçirildi.Konfransın məqsədi xalqımızın keşməkeşli mübarizələrlə dolu olan tarixinə bir daha nəzər salmaq , azadlıq, müstəqillik, istiqlaliyyət bayramını qeyd etmək idi. Tədbirdə Yasamal rayonunun icra nümayəndəsi Niyazov Azad, Milli Azərbaycan Tarixi muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə dokturu Fərhad Cabbarov, Prezident yaninda "Bilik fondunun" monitorinq şöbəsinin müdiri Ceyhun Musaoğlu, Təhsil Problemləri İnstitutunun monitorinq və qiymətləndirmə şöbəsinin böyük elmi işçisi Sevil Bəhrəmova da iştirak edirdi. Tədbiri açılış sözü ilə açan Rəna Süleymanova müstəqilliyimizin böyük sınaqlardan və mübarizələrdən keçərək, dünya xalqları arasında öz mütəbər yerini tutduğunu ,böyük nüfuz qazandığını vurğuladı. Xalqımızın qurtuluş mübarizəsinə başçılıq edən H.Əliyevin yorulmaz səylərinin və müdrik siyasətinin Azərbaycan xalqının inkişaf tarixində əsaslı dönüş yaratdığından söhbət etdi. Tədbir şagirdlərin maraqlı çıxışları ilə davam etdi.