Məktəbimizdə şagird parlamentinə seçkilər keçirildi
Oktyabr ayının birinci həftəsində Mikayıl Müşfiq adına 18 № li məktəbdə Parlament seçkiləri keçirildi. Parlament seçkilərində məktəbin direktoru və şagirdləri tərəfindən parlamentin spikeri, vitse- prezidenti və üzvləri seçildi. Eyni zamanda, məktəbin şagirdləri tərəfindən hər komissiya üzrə bir üzv də seçildi. Məktəb parlamenti 28 maddədən ibarət konstitusiyasını təsdiq etdi. Oktyabrın 21-də Parlamentin birinci iclası keçirildi. Bu iclasda məktəbin gerbi və bayrağının təsis olunması parlament üzvlərinə tapşırıldı. İclasda parlament üzvləri tərəfindən maraqlı təkliflər irəli sürüldü və müəyyən qərarlar qəbul edildi.