"Tanrı sənəti - MÜƏLLİMLİK" -Müəllim gününə həsr olunmuş tədbir
Hər il oktyabrın 5-i Beynəlxalq Müəllim Günü kimi qeyd olunur. Bu gün yeni cəmiyyət quruculuğunun memarları olan müəllimlər öz peşə bayramlarını keçirirlər. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Bu gün bütün məktəblərdə olduğu kimi, Mikayıl Müşfiq adına 18№ li tam orta məktəbdə də Müəllim günü qeyd olundu. Tədbirdə bütün müəllim kollektivi iştirak edirdi. Tədbirin açılışını edən məktəbin direktoru R.Süleymanova bütün müəllim kollektivini peşə bayramı münasibətilə ürəkdən təbrik etdi və işlərində daim yeniliklər əldə etməyi arzuladı. Tədbir şagirdlər tərəfindən hazırlanmış kompozisiyalar və ifalarla davam etdirildi. Sonda şagirdlərin öz müəllimləri üçün hazırladıqları slayd-şou nümayiş etdirildi və bir daha onlara öz şərəfli və ağır peşələrində nailiyyətlər arzu edildi.