“Harry Potter və fəlsəfə daşı” əsəri müzakirə olundu

Mütaliə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə silsilə tədbirlər çərçivəsinə bu gün məktəbimizin 4ə sinif şagirdlərinin hazırladıqları “Harry Potter və fəlsəfə daşı” əsəri aid idi. Şagirdlər xüsusi maraqla hazırlaşdıqları bu əsərin müzakirəsinə fəal şəkildə başladılar. Coan Roulinq tərəfindən yazılmış və dünya çapında özünəməxsus yer alan bu romanın qəhrəmanları şagirdlər tərəfindən müzakirə olundu. Şagirdlər əsərdə baş verən əsas hadisələri nəql edərək sanki güclü sehrin içində məhz özlərini görürdülər. Əsas obrazlar şagirdlər tərəfindən müxtəlif aspektlər dən müzakirə olundu. Şagirdlər həmçinin əsərin necə yaranıb məşhurluq qazanmasından, Roulinqin öz şəxsi hisslərinin və fantaziyalarının obraza köçürülməsindən, əsərin necə ərsəyə gəlməsindən də söhbət açdılar. Sonda şagirdlər eyni adlı əsərin filmindən bir parçaya tamaşa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi