“Pətək İctimai Birliyi” və “Sağlam Təhsil” layihəsinin birgə həyata keçirdiyi “Fəsillərin ahəngi” adlı ən yaxşı əl işləri və yaxşı tamaşa yarışması müsabiqəsi keçirildi. 35 məktəbin iştirak etdiyi bu yarışmada 18№-li məktəbin 2a sinif şagirdləri “Yazın xəbərçiləri” tamaşası ilə birinci yerə layiq görüldülər. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılandı.