Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə görüş keçirildi
Bu gün məktəbimizdə gənclərin aqrar sahəyə marağının artırılması və Akademik Həsən Əliyevin fəaliyyəti ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə görüş keçirildi. Kənd Təsərrüfatı Nazirliyi Aqrar elm və İnformasiya Mərkəzinin baş mütəxəssisləri Talıb Hüseynov, Əkrəm Həsənzadə, eləcə də Baytarlıq Elmi-Tədqiqat İnsitutunun böyük elmi işçisi Reyhan Əliyeva mövzu ilə əlaqədar geniş məlumat verdi, ölkəmizin aqrar sahədə qazandığı uğurlarından söhbət açaraq Dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətdən, imzalanan çoxsaylı sərəncam və fərmanlardan, bu sahədə çalışan gənc alim və mütəxəssislərə göstərilən qayğıdan bəhs etdilər. Onlar ümumilikdə kənd təsərrüfatı sahələrindən tərəvəzçilik , üzümçülük, heyvandarlıq və başqa aktual sahələrdən söhbət açaraq şagirdləri məlumatlandırdılar. Sonda şagirdlərə “Mən aqrar sahənin mütəxəssisi olsam, gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim?” mövzusunda inşa yazılarının yazılması tapşırıldı.