Sağlam təhsil sinifinin şagirdləri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində oldular

Aprelin 23-də məktəbimizin “Sağlam təhsil-sağlam millət” layihəsi üzrə təhsil alan 1-ci sinif şagirdləri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində oldular. Onlar qədim daşlarla, bu daşların üzərində olan yazılarla, şəkillərlə tanış oldular. Şagirdlər yaşı 450 ildən artıq olan püstə ağacının ətrafında toplaşaraq, ürəklərində arzu tutdular. İnanclara görə, bu ağacın altında tutulan bütün arzular həyata keçir. Daha sonra uşaqlar xalça toxumağın sirlərini öyrəndilər, yunu ip formasına salaraq xalça toxudular. Saxsı qabların necə düzəldiyini izlədilər və tədbiq etdilər. Dəmirdöymə sənəti ilə tanış oldular. Öz əlləri ilə undan xəmir yoğurdular, yuxalar yaydılar, onu bişirdilər və daddılar. Sonda şagirdlər qalanın ən hündür nöqtəsinə qalxdılar və Qala kəndini yüksəkdən seyr etdilər. Gəzinti çox maraqlı keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi