Yer Kürəsi günü ilə əlaqədar “Söyüd kölgəsi” hekayəsinin təhlili keçirildi

Aprelin 20-də məktəbimizin 4-cü sinif şagirdləri iki tədbiri birləşdirdilər. Belə ki, onlar Mir Cəlal Paşayevin “Söyüd kölgəsi” hekayəsini təhlil etdilər və bunu Ümumdünya Yer Kürəsi günü ilə əlaqələndirdilər. Şagirdlər əvvəlcə Beynəlxalq Ana-Yer Kürəsi günü haqqında geniş məlumat verdilər və diqqəti Yerin problemlərinə , onun ətraf mühitinin problemlərinə yönəltdilər. Daha sonra onlar Mir Cəlal Paşayevin “Söyüd kölgəsi” hekayəsinin müzakirəsinə keçdilər. Şagirdlər əsərin əsas qəhrəmanı olan Salman kişini xeyirxah, əməksevər, insanlar üçün gördüyü işdən zövq alan, zəhmətkeş bir insan kimi xarakterizə etdilər. Eyni zamanda müəllim, həkim, arabaçı, əkinçi obrazları da ayrılıqda təhlil olundu. Əkilən hər bir ağacın bizi əhatə edən ətraf mühit üçün, hər bir insanın həyatı üçün nə qədər əhəmiyyətli olduğu xüsusi vurğulandı. Tədbirdə digər 4-cü sinif şagirdləri və müəllimlər də iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi