Məktəbimizdə psixologiya həftəsi keçirilir
Aprel ayının 17-dən 21-dək məktəbimizdə psixologiya həftəsi keçirilir. Həftə çərçivəsində şagirdlərlə fərdi və qrup şəklində işlərin yerinə yetirilməsi nəzərdə tutulur. Belə ki, aprelin 17-də 9-cu sinif şagirdləri arasında peşəyönümü maraqlarını öyrənmək üçün “Optant”sorğusu, 5-ci siniflərdə şagirdlərin idrak proseslərini inkişaf etdirmək məqsədilə oyunlar, ibtidai təhsil pilləsindən orta təhsil pilləsinə keçidlə əlaqədar şagirdlərin psixoloji vəziyyətlərini tədqiq etmək üçün testlər keçirilmiş, psixologiyaya xüsusi maraq göstərən şagirdlər psixoloji məşğələlərə cəlb olunmuşlar. Həftə ərzində silsilə tədbirlər davam edəcək.