Mütaliə vərdişlərinin təkmilləşdirilməsi üzrə silsilə tədbirlər davam edir

Məktəbimizdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi üzrə silsilə tədbirlər davam edir. Belə ki, aprelin 12-də 7b sinif şagirdləri Cek Londonun “Həyat eşqi” hekayəsini müzakirə etdilər. Onlar əsərin əsas qəhrəmanının obrazını səciyyələndirməyə çalışdılar. Onun mübarizliyi, çətinlikləri dəf etmək, öz arzusu uğrunda mübarizə aparmaq, heç nədən qorxmamaq, həyat sevgisi kimi xüsusiyyətlərini yüksək qiymətləndirdilər. Şagirdlər Cek Londonun həyat və yaradıcılığı, yazı üslubu, lakonik və yığcam cümlələrlə əsərin əsas ideyasını oxucuya çatdırmaq bacarığı haqqında danışdılar. Aprelin 13-də 4a sinif şagirdləri Süleyman Sani Axundovun “Qorxulu nağıllar” toplusundan “Nurəddin” hekayəsini təhlil etdilər. Onlar əsərin məzmunu, hekayədəki müsbət və mənfi obrazlar, müəllifin gənc oxucularına çatdırmaq istədiyi yüksək ideyalar haqqında fikir mübadiləsi apardılar. Şagirdlər Süleyman Sani Axundov haqqında topladıqları maraqlı məlumatları tədbir iştirakçılarına təqdim etdilər, onun əsərlərinin tərbiyəvi əhəmiyyətindən söz açdılar. Mütaliə vərdişlərinin təkmilləşdirilməsi üzrə silsilə tədbirlər davam edəcək...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi