15 Sentyabr-Bilik Günü

Bilik Günü – 15 sentyabr hər il ölkəmizdə məktəblərin açılış günü kimi qeyd olunur və təhsil ictimaiyyətinin, şagirdlərin, müəllimlərin, eləcə də valideynlərin ən sevimli bayramlarından biridir. 2025-ci ildə də bu gün xüsusi əhval-ruhiyyə və bayram ab-havası ilə keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Tədbirdə Yasamal rayonunun deputatı Göydəniz Qəhrəmanov da iştirak edərək müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. Məktəbin direktoru Leyla xanım Fətiyeva cıxış edərək bildirdi ki, bu il Bilik Günü çərçivəsində “Elm, bilik və texnologiya gələcəyin açarıdır” şüarı ön plana çəkildi. Şagirdlərə vurğulandı ki, müasir dünyada uğur qazanmaq üçün daim oxumaq, öyrənmək və yeniliklərə açıq olmaq lazımdır. Daha sonra günün simvolu olan ilk zəng vuruldu, qonaqlar sinifləri gəzərək şagirdləri təbrik edib xatirə şəkilləri çəkdirdilər.