IV İslam Həmrəyliyi oyunları mərkəzinin əməkdaşları məktəbimizdə qonaq oldular

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Bu gün məktəbimizdə "Bakı 2017 İslam oyunları" mərkəzinin əməkdaşları, oyunların simvolları, könüllülər qonaq oldular. Onlar tədbirdə iştirak edən 4-cü sinif şagirdləri ilə interaktiv oyunlar, əyləncəli viktorina keçirdilər. Sonda bütün şagirdlərə hədiyyələr verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi