“Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüş
Aprelin 5-də məktəbimizdə “Xocalıya Ədalət!” kampaniyasının koordinatoru Kərim Kərimli tərəfindən maarifləndirici seminar keçirildi. Xatırladaq ki, “Xocalıya ədalət!” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Kərim Kərimli kampaniyanın gördüyü işlər barədə geniş məlumat verdi, kampaniyanın fəaliyyətini əks etdirən videoçarxı iştirakçılara təqdim etdi. Daha sonra şagirdlərimiz tərəfindən çəkilmiş Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Bir gecənin məşəqqəti” adlı film nümayiş olundu. Sonda şagirdlər mövzu ətrafında müzakirələr apardılar.