Höte İnstitutunun nümayəndələri şagirdlərin alman dili üzrə biliklərinin monitorinqini keçirdilər

Məktəbimiz 2009-cu ildən Almaniya Federativ Respublikasının Höte İnstitutunun tərəfdaşı olaraq, PASCH, yəni dünyanın partnyor məktəbləri layihəsinə daxildir. Qeyd edək ki, Azərbaycanda yalnız iki məktəb : M.Müşfiq adına 18 № -li məktəb və Tusi adına gimnaziya bu proyektin üzvüdürlər. Layihə çərçivəsində aprelin 3 və 4-də Höte İnstitutunun nümayəndələri şagirdlərin alman dili üzrə biliklərinin monitorinqini keçirdilər.Şagirdlərimiz həm yazılı, həm də şifahi formada imtahan verdilər. Onların əldə etdiyi nəticələr İnstitutun nümayəndələrini çox sevindirdi. Əldə etdiyi nəticələrə görə 5 nəfər şagirdimiz Gürcüstana, 2 nəfər şagirdimiz isə Almaniyaya getmək hüququ qazandı. Sonda Almaniya səfirliyinin və Höte İnstitutunun nümayəndələri məktəbimizin alman dili müəllimlərinə dərin təşəkkür bildirdilər və şagirdlərimizə yeni-yeni uğurlar arzu etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi