Ümumdünya "Autizm Günü"nə həsr olunmuş dəyirmi masa keçirildi

Birləşmiş Millətlər Təşkilatı 2007-ci ildən başlayaraq hər il aprel ayını “Dünya Autizm Maarifləndirmə” ayı kimi qeyd edir. Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Bu gün məktəbimizdə “ Türkiyə-Azərbaycan Elit Oitizm” cəmiyyətinin əməkdaşları tərəfindən maarifləndirici görüş keçirildi. Görüşün məqsədi ictimaiyyətin diqqətini cəmiyyətimizdə ildən-ilə aktuallaşan autizm sindromuna, autik spektr pozuntuları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltmək idi. Cəmiyyətin nümayəndələri maraqlı çarx nümayiş etdirdilər və şagirdlərin çoxsaylı suallarına cavab verdilər. Görüşdə autism sindromundan əziyyət çəkən uşaqlar da iştirak edirdilər. Görüş son dərəcə maraqlı keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi