II MƏNTİQ OLİMPİADASI
1 aprel 2017 – ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İstək liseyinin birgə təşkilatçılığı ilə “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nın ilk turu keçirildi. Olimpiadada V – VI siniflər üzrə 67 nəfər şagird iştirak etdi. Olimpiada 10:00 başladı 11:30 bitdi. Şagirdlərin cavabları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göstərilmiş müvafiq ünvana yerləşdirildi.