31 mart- Azərbaycanlıların Soyqırım gününə həsr olunmuş konfrans keçirildi

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bu gün məktəbimizdə də Azərbaycanlıların Soyqırımı günü qeyd olundu. Belə ki, məktəb Parlamenti bu faciə ilə bağlı konfrans keçirdi. Parlament üzvləri məktəbin şagirdlərini bu faciə ilə bağlı geniş məlumatlandırdılar. Şagirdlər Soyqırım günü ilə bağlı öz fikirlərini bildirdilər, mövzu ətrafında müzakirələr apardılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi