Elxan Elatlının “Arxalı canavar” əsərinin müzakirəsi keçirildi

Mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı silsilə tədbirlər çərçivəsində bu gün məktəbimizdə 9-cu siniflər arasında Elxan Elatlının “Arxalı canavar” əsərinin müzakirəsi keçirildi. Tanınmış yazıçı Elxan Elatlının detektiv macəra janrında qələmə aldığı bu romanında əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları iştirak edirdi. Şagirdlər müzakirədə fəal iştirak etdilər. Onlar romandakı bütün obrazları təhlil edərək, qızğın fikir mübadiləsi apardılar. Sonda həyat həqiqətlərini özündə əks etdirən bu romanın qəhrəmanlarının müsbət və mənfi xüsusiyyətləri səciyyələndirildi və şagirdlər növbəti romana start verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi