I məntiq olimpiadasının qalibləri mükafatlandırıldı
2016-2016-cı tədris ilində BŞTİ-yə tabe ümumtəhsil məktəblərinin 5 və 6-cı sinif şagirdlərinin iştirakı ilə “Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası” təşkil olunmuşdur. Tədris ilinin sonunda olimpiadanın təntənəli bağlanış mərasimi keçirilmiş və qaliblər mükafatlandırılmışlar. Olimpiadanın final mərhələsinə vəsiqə qazanmış şagirdlər də BŞTİ rəhbərliyinin diqqətindən kənarda qalmamış, onlar da sertifikatlarla mükafatlandırılmışlar. Məktəbimizin 7-ci sinif şagirdləri Məmmədov Rəsul və Abdullayev Kamal final mərhələsinə qədər yüksəlmiş, sertifikatla təltif olunmuşlar. Bu kimi tədbirlər məktəblilər arasında şagirdlərin məntiqə olan marağını artırmaqla bərabər, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərir.