Ulu Öndərin anım günü ilə bağlı dəyirmi masa təşkil olundu

Bu gün dahi rəhbərin vəfatından 21 il ötür. Məktəbimizdə  ümummilli liderin anım günü ilə bağlı dəyirmi masa keçirildi. Anım tədbirlərində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla Fətiyeva bildirdi ki, ulu öndərin zəngin irsini araşdırarkən bir nəticəyə gəlmək olur: bütün dünyada layiqli hörmət və  nüfuz qazanmış görkəmli dövlət xadimi ölkəmizi bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır, sərt sınaqlarından çıxarmışdır. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz onun  misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. 

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayeva Heydər Əliyevin 1993-cü, 1997-ci illərdə məktəbimizə gəlişindən, tarixi şəxsiyyətlə görüşün verdiyi xoş təəssüratlardan söhbət açdı. Həmin görüşün əks olunduğu videoçarx izlənildi.

Daha sonra şagirdlər hazırladıqları şeir kompozisiyası ilə çıxış etdilər.

Tədbir Ulu Öndərin siyasi irsinin layiqli davamçısı olan cənab prezident İlham Əliyevin ata vəsiyyətinin inamlı zəfərə aparan yol olduğunu, işğaldan azad olunmuş Qarabağ torpaqlarında keçirilən festivalda söylədiyi fikirləri əks etdirən videoçarxın izlənilməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi