"Fəza fiqurları" mövzusunda açıq dərs keçirildi
Martın 9-da 2"b" sinfində "Fəza fiqurları" mövzusunda açıq dərs keçirildi. Dərs maraqlı motivasiya ilə başladı. Öyrənmə mərhələsində şagirdlər fəza fiqurlarının modelləri ilə tanış oldular. Hər bir fiquru əyani şəkildə öyrəndilər. Qruplarla iş zamanı tədqiqat sualına uyğun araşdırma apardılar. Komandalar və dərs zamanı fəal olan şagirdlər qiymətləndirildi. Dərsin sonunda şagirdlər fəza fiqurları haqqında nağılı rollu oyunla təqdim etdilər.