“COP29: Dünya ölkələri və iqlim dəyişmələri” mövzusunda məktəb konfransı

"Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəbimizin “Ekoerudit” ekoklub üzvlərinin təşəbbüsü ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “COP29: Dünya ölkələri və iqlim dəyişmələri” mövzusunda məktəb konfransı keçirilib.

Tədbirin məqsədi qlobal iqlim dəyişmələrinin yaranma səbəbləri və dünya ölkələrinə təsiri, iqlim təhlükəsi ilə mübarizə tədbirləri barədə şagirdlərin məlumatlandırılması, tullantıların təkrar istifadəsi, suya və enerjiyə qənaət, ətraf mühitin təmizliyinin qorunması sahəsində bilik və bacarıqların artırılmasıdır. Ekoklub üzvləri milli geyimlərdə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Almaniya, Hindistan, Çin, Braziliya, İtaliya, Portuqaliya, Avstraliya, Cənubi Koreya, İspaniya, Sinqapur və İngiltərənin təmsilçisi kimi çıxış edərək dünya ölkələrinin coğrafi mövqeyi, əhalisi, ərazisi, təbii fəlakətlərin törətdiyi dağıntilar, tələfatlar barədə geniş məlumat veriblər. Gənc ekoloqlar iqlim dəyişmələrinin bütün ölkələrin əhalisinə, iqtisadiyyatına, kənd təsərrüfatına, canlı aləminə və təbiətinə vurduğu zərərin miqyasını faktlarla şərh ediblər. Tədbirdə Bakı Dövlər Universitetinin Ekologiya və Torpaqşünaslıq fakultəsinin Coğrafi Ekologiya kafedrasının dosenti, c.ü.f.d. Tahir İbrahimov COP29 Tərəflər Konfransı ilə əlaqədar ölkəmizdə keçirilən tədbirlər, yaşıl enerji zonasının yaradılması, istixana qazlarının azaldılması istiqamətində görülən işlər barədə çıxış edərək məktəblilərə öz tövsiyələrini ünvanlayıb. Müəllif Azərbaycanın milli parklarına və təbiət qoruqlarına həsr etdiyi kitabları məktəb
kitabxanasına hədiyyə edib.

Ekoklub üzvləri tullantıların təkrar istifadəsi, yaşıl dizayn, məktəbdə enerji və suya qənaət üzrə montorinqin nəticələri, ibtidai sinif şagirdləri arasında məlumatlandırma tədbirləri barədə məlumat veriblər. Yekunda konfrans iştirakçılarının dünya ölkələrinə müraciəti qəbul edilib. Məktəbin xor kollektivinin çıxışı ilə konfransın bədii hissəsi yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi