6-cı siniflərdə coğrafiya fənni üzrə qabaqlayıcı dərslər keçirildi
02-04 mart tarixlərində 6-cı siniflərdə coğrafiya fənni üzrə qabaqlayıcı dərslər keçirildi. Dərslər “Səhralar”, “Adalar”, “Dənizlər” mövzuları üzrə hazırlanmışdı. Şagirdlər müxtəlif mənbələrdən istifadə edərək hər üç mövzu üzrə maraqlı araşdırmalar aparmış və maraqlı formada təqdimatlar hazırlamışdılar. Onlar dünyanın ən məşhur səhraları, Yer kürəsinin müxtəlif qütblərində yerləşən adalar, suyunun tərkibinə görə fərqlənən dənizlər haqqında topladıqları məlumatları maraqlı, dolğun şəkildə təqdim etdilər, kontur xəritələr üzərində iş apardılar. Qabaqlayıcı dərslər şagirdlər tərəfindən idarə olunurdu.