“Dünya səyahətinə çıxaq” mövzusunda keçirilən təqdimat müsabiqəsinə yekun vuruldu

Fevralın 27-də coğrafiya aylığı çərçivəsində fevral ayı boyunca keçirilən “Dünya səyahətinə çıxaq” mövzusunda təqdimat müsabiqəsinə yekun vuruldu. Təqdimat müsabiqəsində 8-ci sinif şagirdləri dünyanın ən möcüzəli yerləri haqqında maraqlı məlumatlar hazırlamışdılar. Təqdimatların qiymətləndirilməsində nitqin səlisliyi, elmilik, slaydların orijinallığı, komandaların materialı təqdimetmə bacarığı əsas götürülürdü. Təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirilirdi. Şagirdlərin seçdiyi mövzular, apardığı araşdırmalar, hazırladıqları animasiyalı slaydlar, videoçarxlar münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. 8b sinfinin “Kapadokya” haqqında hazırladığı təqdimat I yerə, 8c sinfinin hazırladığı Çindəki “Göy qurşagı qayaları” haqqında təqdimat II yerə, 8ç sinfinin hazırladığı “Balıq yağışları” haqqında təqdimat isə III yerə layiq görüldü. Şagirdlərin hazırladıqları digər təqdimatlar: “Odlu at quyruğu” şəlaləsi , “Maçu-Pikçu” , “Çində balıqçı kəndi” , “Ağaclarda otlayan keçilər” təqdimatları xüsusi sertifikatlara layiq görüldülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi