“Xocalı faciəsi və faciəyə aparan yol” mövzusunda dəyirmi masa keçirildi
Fevralın 24-də məktəbimizdə “Xocalı faciəsi və faciəyə aparan yol” mövzusunda dəyirmi masa keçirildi. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Sonra məktəbin tarix müəllimi Şəlalə Mirzəliyeva Xocalı faciəsinə gətirib çıxaran tarixi yol haqqında fikirlərini bildirdi. Şagirdlərimiz hazırladıqları maraqlı araşdırmalarla çıxış etdilər. Onlar qədim Xocalı torpağı, bu yurdun sakinləri, Xocalıya qarşı hazırlanan qəsd, faciənin baş vermə səbəbləri, günahsız insanların başına gətirilən müsibətlər, dünya ictimaiyyətinin bu soyqırımı tanıması haqqında müzakirələr apararaq, öz mövqelərini bildirdilər. Müzakirələrdə məktəbimizin müəllimləri və valideynləri də iştirak etdilər.