Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş şahmat üzrə təsnifat turnirinə yekun vuruldu

Fevralın 23-də Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş şahmat üzrə təsnifat turnirinə yekun vuruldu. 3 gün davam edən turnir iştirakçıların və valideynlərin böyük marağına səbəb oldu. Baş hakim Samir Cavadzadə nəticələri elan etdi. Məktəbimizin 8-ci sinif şagirdi Mustafazadə Aydan bütün oyunları məğlubiyyətsiz başa vuraraq, böyükyaşlılar arasında I yerə layiq görüldü. II yeri 286 nömrəli məktəbin 3-cü sinif şagirdi Fərzəliyev Coşqun tutdu. Məktəbimizin 7-ci sinif şagirdi Məmmədzadə Rəsul bürünc medal qazandı.159 nömrəli məktəbin 2-ci sinif şagirdi Həşimov Əli həm öz yaş qrupunda, həm də böyük yaş qrupunda parlaq oyun nümayiş etdirərək, xüsusi diploma layiq görüldü. Digər oyunçular da sertifikat və hədiyyələrlə təltif olundular. Valideynlərin və iştirakçıların xahişi ilə Novruz bayramı ərəfəsində daha bir görüşün keçirilməsi qərara alındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi